Cəmiyyət

Azərbaycan Astara terminalının ərazisində taxıl terminalı tikir

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan-İran sərhədi yaxınlığında, İran dövlətinin ərazisində yerləşən Astara yük terminalının inşasını davam etdirir.

Analoq.az xəbər verir ki, bununla yanaşı, Astara terminalının ərazisində taxıl terminalı inşa edilir.

Astara Dəmiryol Yükdoldurma-Yükboşaltma Terminalı ərazisində taxıl terminalının tikintisi üzrə “Parhoon Tarh” şirkəti tərəfindən taxıl terminalının inşası davam edir.

Belə ki, taxıl terminalın laboratoriya binasında bünövrə işləri tamamlanmış, divar və sütünların betonlama isləri görülüb, tirlərin beton işi, çardaq hissəsinin metal konstruksiyasının montaj işinin quraşdırılması başa çatıb və tamamlama işləri aparılır. Tikinti-quraşdırma işlərinin 96 % -i yerinə yetirilib.

Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır. Astara terminalı “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində reallaşıb. Report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button