BannerElm və təhsil

Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev necə əməkdar müəllim oldu

“Elm və Təhsil Nazirliyinə maraqlı olan dost, qohum, tanışlarına vəzifə verməkdir”.Tehsil.biz xəbər verir ki, bu iddianı təhsil eksperti Kamran Əsədov irəli sürüb.

Ekspert bildirib ki, nazirlik dövlət başçısını aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirir:

“5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının “Əməkdar müəllim” adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, “Əməkdar müəllim” adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır, amma müəllim deyil”.

Kamran Əsədov qeyd edib ki, “Əməkdar müəllim” fəxri adı azı iyirmi il bu sahədə işlədikdə verilə bilər:

“Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir. Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə? MİQ imtahanından keçib müəllim olub? Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin”.

Ekspert bildirib ki, müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara “Əməkdar müəllim” adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir:

“Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi indi onlara fəxri adları da paylayırsınız. Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri “Əməkdar müəllim” adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 6 Ortalama: 3]

Back to top button