Ermənistan

Rusiyalı ekspert: “Ermənilər nifaq salmağa çalışmaq üçün hər cür bəhanə tapırlar”

“Dəfələrlə Ermənistan tərəfinin Azərbaycanın tarixi və dini tikililəri guya dağıtması barədə yalan ittihamları ilə qarşılaşmışıq. Lakin Azərbaycan hər dəfə bunun əksini sübut edir. Azərbaycan hər zaman, o cümlədən bu vəziyyətdə də qanun çərçivəsində fəaliyyət göstərib”.

Analoq.az xəbər verir ki, bu sözləri millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Ekspert məşhur rusiyalı satirik Mixail Zadornovun sözlərini xatırladaraq deyib: “Niyə ermənilər öz kilsələrini bərpa etmək üçün pul tələb edirlər, amma Alban kilsələrini bərpa edirlər?”. O deyirdi ki, ermənilərin niyə hər zaman yalan danışdığını başa düşmür. Bu vəziyyətdə mən də paralellər aparıram. Ermənilər son vaxtlar həm tarixi, həm də razılaşma imzaladıqdan sonra baş verən hadisələri saxtalaşdırmaqla məşğuldurlar”.

Y.Mixaylov bu vəziyyətdə Azərbaycan tərəfini dəstəklədiyini bildirib. O, dünya ictimaiyyətinə Azərbaycana təsir göstərməyə və bununla da ona təzyiq göstərməyə çağırışların yaxşı heç nə ilə nəticələnməyəcəyini hesab edir: “Ermənilər yaxşı münasibətlər qurmaq əvəzinə nifaq salmağa çalışmaq üçün hər cür bəhanə tapırlar. Bu gün bu çox tez-tez baş verir. Ancaq dünya ictimaiyyəti Azərbaycandan layiqli, əsaslandırılmış cavab alır”.

Qarabağa səfərinin şərh edən Y.Mixaylov xristian kilsələrinin heç bir dağıntı olmadan öz yerində olmasına diqqət çəkib: “Müsəlman ziyarətgahları isə tamamilə məhv edilib. Orada olan ermənilər öz dinlərindən başqa din, özlərininkindən fərqli mədəniyyət və baxış qəbul etmir. Axı onlar “böyük Ermənistan”dırlar. Hərçənd tarixən onların böyüklüyü sübut olunmayıb. Hesab edirəm ki, Ermənistanın Azərbaycan torpaqlarındakı tarixi xristian irsini mənimsəməsi münaqişənin qəsdən dini rəngə boyadılması məqsədi daşıyır. Dinlərarası nifrəti qızışdırmaq ritorikasından istifadə etmək ermənilər üçün adi təcrübədir”.

Y.Mixaylov qeyd edib ki, bu halda dünya mütəxəssisləri ilə komissiyalar təşkil etmək və daha əvvəl işğal olunmuş ərazilərdə yerləşən mədəni dəyərlərin məhv edilməsinə görə Yerevan cavab verməlidir.  Report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button