Cəmiyyət

Kamaləddin Heydərovun Azərbaycanda ov edən ərəblərlə fotoları yayılıdı – “Bəs, tanımırdı?”

“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”.

Analoq.az xəbər verir ki, bu sözləri ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddiaları cavablandırarkən demişdi.

Kamaləddin Heydərovun məlum açıqlamasının üstündən heç 24 saat keçməmiş sosial şəbəkələrdə onun dünənki açıqlamasını təkzib edən fotolar yayılıb.

Analoq.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımında Qax rayonunun Acınohur ərazisində qanunsuz ov edən ərəblərlə illər öncə çəkdirdiyi fotolar yer alıb.

Jurnalist paylaşımında yazıb:

“Kəmaləddin müəllimə şər atmayın, o hara, ərəb hara?!

“Bunlar 2015-də gəlib, yeyib, doyub, gedən ərəblərdir. Ərəblərin yanındakı başqa Kəmaləddin müəllimdir”. TİA.AZ

Həmin fotoları təqdim edirik:

 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button