Dünya

ABŞ-da güclü zəlzələ baş verdi

ABŞ-ın Alyaska ştatında 7,8 bal gücündə zəlzələ baş verib.

Analoq.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Tədqiqatlar İnstitutu məlumat verib. İnstitutun verdiyi məlumata görə zəlzələnin episentri Perrivill bölgəsində qeydə alınıb. Zəlzələnin hiposentrinin 10 kilometr dərinlikdə olduğu bildirilib.

İnstitut zəlzələ sonrası Çiqnik şəhəri, Cənubi Alyaska, Alyaska yarımadası və Aleut adalarında sunami xəbərdarlığı edib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button