Ölkə

Şuşada Xarı Bülbül festivalının da keçirilməsi nəzərdə tutulub – Anar Kərimov

“Zəfər Muzeyi möhtəşəm kompleks muzey olacaq”.

Analoq.az xəbər verir ki, bu barədə Qubada jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq. O bildirib ki, bu, dünyada unikal bir yer olacaq.

A. Kərimov Ağdamda açıq səma altında işğal muzeyinin inşasının nəzərdə tutulduğunu və prosesə beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib: “Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntılarının miqyasını və erməni vəhşiliklərini, xislətini görə bilsinlər”.

Nazir bildirib ki, bu il Şuşada Xarı Bülbül festivalının da keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, Prezidentin sərəncamı ilə Şuşada Vaqifin məqbərəsinin də bərpa işlərinə başlanılıb və yay aylarında bu proses başa çatacaq.

Xəzər Xəbər

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button