Şikayət

Gəncə Dövlət Universitetində Rektor Yusif Yusibov açıq bazar açıb! – ŞOK FAKTLAR

Gəncə Dövlət Unversitetində baş verən qanunsuzluqlarla bağlı Əldə etdiyimiz məlumatların bir hissəsini ixtisarlarla (digər hissənin işıqlandırılmamasına səbəb isə xalqımızın milli mənəvi dəyərləri ilə uzlaşmamasıdır) oxucularımızın nəzərinə çatdırırıq:

Məlumatda deyilir ki, Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov bu qanunsuz əməllərinə son qoymur. Bu ayın 1-dən etibarən universitetin bakalavriat səviyyəli əyani şöbənin I-III-cü kurslarında və magistraturada yay imtahan sessiyası başlamışdır.

Rektor Yusif Yusibovun göstərişi ilə universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. bundan əlavə olaraq guya ki, sessiyanın gedişinə operativ nəzarət etmək məqsədilə qərargah və apelyasiya komissiyası da yaradılıbdır. Ancaq universitetdə tələbələrdən rüşvət yığımı davam etməkdədir. Ancaq əvvəlki vaxtlarla müqayisədə təyin edilən “imtahanların qiymətləri” rektorun gizli tapşırığı ilə bahalaşdırılıb. Tələbələr isə universitet rəhbərliyinə qarşı olduqca qəzəblidirlər. Məlumata görə tələbələrin qəzəbinə səbəb universitet rəhbərliyinin rüşvətdən doya bilməməsi, həm də sessiya öncəsi rektorun bütün fakültələri gəzərək onları arxayın etməsidir. Rektor Yusif Yusibov sessiya öncəsi fakültələrdə tələbələrlə keçirdiyi görüşləri zamanı onlara tam şəffaf imtahan söz versə də reallıqda tələbələr daha eybəcər rüşvət yığımı ilə üzləşiblər.

Məlumatda iddia olunur ki, sessiya öncəsi görüşlərdə Yusif Yusibov tələbələrə deyib ki, hansı müəllim onlardan rüşvət istəsə rektora yaxınlaşsınlar. Ancaq sonradan universitetdə sessiyalar zamanı hadisələrin necə cərəyan etməyi rektorun bu sözünün sadəcə “gözdən pərdə asmaq” üçün deyildiyini göstərir. Yenə də universitetdə rüşvət yığımı sürətlə aparılır.

Universitetdə aparılan bütün alver dekanlıqda reallaşır. Tələbələr haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onların qiymət alması lap milyon dənə kamera quraşdırılsa da qətiyyən mümkün deyil. Dekanlar isə öz növbələrində tələbələrdən yığılmış pulları rektora ötürürlər. Deyilənə görə GDU-nun rüşvət mexanizmində dəmir “nizam- intizam” var. Bu universitetdə tələbələrdən yığılan rüşvətə heç bir müəllim qətiyyən kəm baxa bilməz. Yusif Yusibovun rektor təyinatından sonra yüksək peşəkarlıqla formalaşdırdığı rüşvət “nizam- intizam”ına hətta dünyanın ən ünlü mafiyaları da həsəd apara bilərlər. Əgər rektorun “kassasına” daşınan “konteyner”lərə hansısa müəllim “haramlqıq” qatarsa o zaman həmin müəllim ciddi cəzalandırılmaqla yanaşı gələcəkdə də bu “perspektivli” işlərdən kənarlaşdırılır. Deyilənə görə Yusif Yusibovun rektorluğunun ilk vaxtlarında bəzi “naşı” müəllimlər tərəfindən “səhvə” yol verilib. Və indi həmin müəllimlər universitetin mükafatlarına həsrət qalmaqla yanaşı quruca maaşla dolanırlar. Bütün bu məlumatlar heç də o anlama gəlməsin ki, Yusif Yusibovun “kassasına” “qarışqa zəhmətkeşliyi” ilə daşınan “konteyner”lərdə sözün hər iki mənasında tər tökən müəllimlərə pay çatmır. Əlbəttə ki, bu insanlar sonradan daşıdıqları “yükün ağırlığı”na rəğmən mükafatlandırılırlar. Və bu cür bölgü mexanizmindən hər iki tərəf- rektor da “əməyi” olan müəllimlərdən razı qalırlar.

Məlumata görə, prosesdə “razı qalan müəllimlər”in içində “ən razı qalanlar” da var. “Razı qalan müəllimlər” kateqoriyasının həsəd apardığı müəlimlərdən isə əslən Gədəbəy rayonundandır. Deyilənə görə, bu müəllimin ilham pərilərinin gəldiyi zamanlarda arada şeir yazmağı da var.

Nəzərinizə çatdıraq ki, GDU-dakı bu rüşvət artımı heç də devalvasiya ilə əlaqədar deyil. Yusif Yusibov sadəcə buna bir növ adətkar olmuşdr. Belə ki, hələ ötən il elektron mediada gedən məlumatda deyilirdi ki, “GDU-nun tələbələri yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib. Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3” də vermirlər. “3”ün qiyməti 70, ”4″ün 80, “5”inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur. Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.

Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu. Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun təyin etdiyi rektorun sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir”.

Məlumatda da göründüyü rektor Yusif Yusibov GDU-nu əsl bazar prinsipləri ilə idarə edir.

Diqqətli oxucularımızın nəzərinə çatdırırq ki, növbəti yazımızda Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında əsasnamənin, xüsusən də 401 nömrəli əmrin Yusif Yusibov tərəfindən necə tapdanmasına aydınlıq gətirəcəyik.

Yazıda sosial mediada ki, faktlardan istifadə edilib.

Qarşı tərəf də mövqeyini bildirə bilər.Xəbəral.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button