Kriminal

Bakı sakininə 6 bıçaq zərbəsi vuruldu

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlik Aslanov küçəsi, dalan 6 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Nərimanov Elnur Ramiz oğluna naməlum şəxs 6 bıçaq zərbəsi vurub. Yaralı döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button