Ölkə

“Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iştirak edib”-DEPUTAT GENERALIN MÜDAFİƏSİNƏ QALXDI

“Nəcməddin Sadıkov baş leytenant olandan Qarabağ döyüşlərində iştirak edib. Məhkəmə hökmü olmadan onun haqqında xain, agent olması ilə bağlı heç bir şey deyə bilmərik.

Rövşən Əkbərov döyüşlərin hamısından çıxıb. Nədirsə qərarı dövlət, hakimiyyət verə bilər. Mən həbs olunanlardan təkcə Rövşən Əkbərov haqqında danışa bilərəm, mənim döyüş yoldaşım olub. O kişi döyüşüb, Milli qəhrəman olub. Ədalət naminə danışmaq lazımdır”. Sabah.az xəbər verir ki, bu fikirləri “Müsavat TV”nin canlı efirində deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ordu haqqında hər şeyi danışmaq olmaz. Orada müəyyən çatışmazlıqlar ola bilər:

“Mən özüm də Qarabağ müharibəsi veteranıyam. Olub ki, 3 gün helikopter gözləmişik ki, qara çörək gətirsinlər. İndi bir az yağ az olan kimi əsgər anasına zəng edir. Həbs olunanlara gəlincə isə, kimisə həbs edirlərsə, həbs olunmalıdır. Xalqa əziyyət verirsə, xalqı dövlətdən narazı salırsa, bunun başqa yolu yoxdur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button