Cəmiyyət

Ukraynanı dəstəkləyirik- bütün xalqımız-çünki ölkələrini qoruyurlar-VÜQAR ƏHMƏD

Bütün Qərb, Avropa Ukraynanı dəstəkləyir.Əla.Fəqət bunlar Xocalı faciəsində susdular- bütün Avropa.Həmişə dindaşlarına dəstək oldular Qarabağ problemində…Biz də Ukraynanı dəstəkləyirik- bütün xalqımız-çünki ölkələrini qoruyurlar.Prezidentimiz oraya mütəmadi humanitar yardım göndərir.Körpə ölümlərinə ürəyimiz qan ağlayır. Çünki biz tolerant, rəhmli xalqıq.Haqqı dəstəkləyirik. Ermənilər yenə atır, atəşkəsi pozur, ABŞ da , Avropa da ya görmür, ya da dığalara dəstək olur, humanitar yardım ayırır.Prezidentimizin siyasəti 3- cü dünya savaşının başlanğıcında əliyül- əladır.İranla dostlaşdıq, Rusiya ilə hərbi müttəfiqik, Ukraynaya da dəstək oluruq.Türkiyə heç- özümüzük.Allah dövlətimizi, xalqımızı qorusun.Amin!!!

VÜQAR ƏHMƏD

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button