Cəmiyyət

“Qarabağda “Şəhidlər evi” yaradılmalıdır”-İLAHİYYATÇININ TƏKLİFİ

İşğaldan azad edilən torpaqlarımız həssas nöqtələr olduğu üçün orada dini məsələlər daha diqqətlə tənzimlənməlidir. Məscidlərə təyin edilən din xadimləri milli təfəkkürlü, dini təhsillə yanaşı dövrün siyasi proseslərindən agah və dünyəvi savadlı şəxslər olmalıdır. Ermənistana rəğbət bəsləyən və qardaşlıq edən adını müsəlman qoyan dövlətlərdə təhsil alanlar olmamalıdır. Çünki xarici təhsil görən din xadimləri əsasən təhsil aldığı ölkənin İslam modelinə uyğun qidalanıb. Bu, artıq təcrübədən keşmiş məsələdir.

O bölgələrdə xurafatçı İran təbliğatına, radikal Səudiyyə təbliğatına, habelə qeyri – ənənəvi məzhəb və cərəyanların yayılmasına imkan vermək olmaz.
Ümumiyyətlə xaricdə yerləşən dini rəhbərlərə tabe olan, dini terminlə desək təqlid edən din xadimlərini əsla elə həssas yerlərə göndərmək olmaz. Ölkədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və pis – yaxşı Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərir, onun Fətfa Şurası var.
İndidən bu məsələlər diqqətdə olmalıdır. Bu saat maraqlı və möhtəkir qüvvələr marıtdadırlar ki, oralarda öz mənfur niyyətlərinə yuvalar qursunlar.
Qarabağın mərkəzində “Şəhidlər evi” yaradılmalıdır, orada mütəmadi “Quran” oxunmalıdır. Bunun misalı Türkiyədə, məşhur Topqapı muzeyində var. Müqəddəs əşyaların saxlandığı o məkanda Quran hafizləri növbə ilə arası kəsmədən yüz illərdir “Quran” tilavət edirlər.
Təklif etdiyim “Şəhidlər evi” ndə də bu cür olmalıdır. Şəki Mədrəsəsi qardaş Türkiyənin dəstəyi ilə hər il kifayət qədər “Qurani-şərif” i əzbər bilən məzun yetişdirir. Bu şəxslər kiçik yaşdan götürülür və bütün “Quran” əzbərlədilir. Sovet dövrünün mənfur 70 illik fasiləsi bizlərə bəzi dini, mənəvi ənənələri unutdurub təəssüf ki. Amma bu ənənə bizdə də olub əvvəllər.
“Şəhidlər evi” ermənilərin Eçmiədzininə qarşı mütləq fəaliyyət göstərməlidir. Qarabağa aid bütün qədim dini eksponatlar, ermənilər tərəfindən dağıdılmış müqəddəs əşyalar, daşlar, məzar daşlarından nümunələr və bu kimi tarixi həqiqətlər nümayiş etdirilməlidir xarici turistlərə və rəsmi qonaqlara. Habelə Qarabağda Qriqorian cərəyanının abu- havasını üst mərhələyə keçirməyə can atan düşmənə qarşı daha üstün bir iş görülmüş olar.
Yüksəklik bir ərazidə bərqərar olunan “Şəhidlər evi” bütün şəhidlərimizin əbədi xatirə evi olmalıdır. Hamısının şəkilləri və hərəsinə məxsus bir və ya bir neçə şəxsi əşyası nümayiş etdirilməlidir. Eyni zamanda bu, muzey mahiyyəti daşıya bilər.

Tural İrfan
İlahiyyatçı, İmam – xətib, Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button