Kriminal

Abşeronda 16 yaşlı oğlan başından güllələndi

Abşeron rayonunda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alıb.

Analoq.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb.

Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button