Dünya

Kafe və restoranlar bağlanacaq-KOMENDANT SAATI TƏTBİQ EDİLƏCƏK

Türkiyədə Ramazan ayında həftə sonu ölkə üzrə komendant saatı tətbiq ediləcək.

“Yeni Gündəm”-in məlumatına görə bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

R.T.Ərdoğan əlavə edib ki, Ramazan ayında bütün ölkədə restoran və kafelər kimi iaşə obyektlərində yalnız qida çatdırılması xidməti fəaliyyət göstərəcək.

Türkiyə prezidenti, həmçinin hər gün axşam saat 21:00-dan səhər 05:00-a qədər komendant saatının ölkə daxilində davam etdiyini bildirib.

Ölkə başçısı qeyd edib ki, qırmızı kateqoriyaya daxil olan vilayətlərin sayı 58 şəhərə çatıb, bu da ölkə əhalisinin 80 faizini təşkil edir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button