Gündəm

Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi

Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

Analoq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button