Ölkə

Yamacda asılı bloklar var-Badamdarda vəziyyət gərgindir

“O asılı bloklar dayanıqsızdır. Hər an qopub düşə bildiyindən orada işləmək mümkün deyil. Ona görə də gözləyirlər ki, yağışların miqdarı azalsın” – ETSN rəsmisi

“Hazırda ölkədə ən ağır durum Badamdardakı sürüşmə zonasındadır. Orada proseslər dayanmayıb. Gərgin vəziyyət qalmaqdadır”.

Analoq.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, Badamdar sürüşmə zonasında vəziyyət stabilləşmədiyi üçün bərpa işləri görmək mümkün deyil: “Orada yamac dikdir, hamarlanma işləri yoxdur, mövsümi xarakterli yağışların olması isə ərazidə aktivləşməni gündəmdə saxlayır”.

Ə.Əliyev bildirib ki, ərazidə drenaj quyuları qazmaqla qrunt sularını götürməyə cəhd edilir: “Bu iş ona görə aparılır ki, qrunt suları sürüşməni intensivləşdirməsin. Amma orada sərt yamac olduğundan yuxarıda bəzi bərkidici tədbirlər icra edilən zaman mövsümi xarakterli yağışlar yamacı isladır. Maillik çox olduğundan ağırlıq qüvvəsinin təsirindən sürüşmə prosesi baş verir. Vəziyyət ona görə gərgindir ki, yamacda asılı bloklar qalır. O asılı bloklar dayanıqsızdır. Hər an qopub düşə bildiyindən orada işləmək mümkün deyil. Ona görə də gözləyirlər ki, yağışların miqdarı azalsın, bir az quru vəziyyət yaransın ki, torpaq qatını götürsünlər. Bundan sonra ərazidə müvafiq işlər görüləcək”.Zülfiyyə Quluyeva

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button