GündəmManşet

5 gün ərzində 41 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib – ÖZƏL

Son zamanlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyata keçirdiyi islahatlara, pensiya təminatı, sosial təminat, əlillik və digər sahələrdə reallaşdırdığı siyasətə etiraz edənlərin sayı çoxalmaqdadır. Hətta narazı vətəndaşlar pozulmuş hüquqlarının bərpası üçün məhkəmə instansiyalarına müraciət etmək məcburiyyətində qalıblar.
Analoq.az şikayətçilərin iddia ərizələri əsasında Bakı İnzibati Məhkəməsinin elektron portalında yerləşdirilmiş məlumatlar üzrə araşdırma aparıb və maraqlı faktlar aşkar edib.
Araşdırmamız nəticəsində məlum olub ki, yanvarın 10-dan 14-dək 41 nəfər adıçıkilən məhkəmə instansiyasına iddia ərizəsi ilə ünvanlayıb. Belə ki, yanvarın 10-da 10 nəfər (2-si qadın, 8-i kişi) pensiya təminatı üzrə, 1 nəfər (kişi) sosial təminat üzrə yaranmış mübahisənin çözülməsi üçün məhkəməyə edib.
Yanvarın 11-də iddia ərizəsi qeydə alınan 8 nəfərdən (7 kişi, 1 qadın) 7-si pensiya təminatı, 1-i isə sosial təminat üzrə yaranmış mübahisədən şikayətçi olub.
Yanvarın 12-də 6 nəfər (5 kişi, 1 qadın) sözegedən məhkəməyə üz tutublar. Onlardan 4-ü pensiya təminatı, 1-i sosial təminat, digər bir şikayətçi isə qeyri-yaşayış sahəsi üzrə yaranmış mübahisələrlər bağlı məhkəməyə iddia ərizəsi göndərib.
Yanvarın 13-də iddia ərizəsi qeydə alınmış 10 nəfərdən (6 kişi, 4 qadın) 7-si pensiya təminatı, 2-si sosial təminat, 1-i isə əmək məsələləri üzrə yaranmış mübahisədən şikayətçi olub.
Yanvarın 14-də 7 nəfərdən (6 kişi, 1 qadın) 4-ü pensiya təminatı, 2-si sosial təminat, 1-i isə əmək məsələləri üzrə yaranmış mübahisələrin həlli üçün Bakı İnzibati Məhkəməsinə üz tutublar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button