Siyasət

Qarabağda son günlərdəki gərginliyin analizi

Son bir neçə gündə Qarabağda vəziyyət gərginləşib. Əlbəttə ki, bu rəsmi Irəvanla bağlıdır. Bu barədə Siyasi Şərhçi Elman Vəliyev Analoq.az-a müsahibəsində bildirib.

Həm siyasi partiyalar, həm də xalq Paşinyanın istefasını tələb edir. Lakin Paşinyanın saxlanılmasına çalışılır. Həm Rusiya, həm qərb, həm də ABŞ. Paşinyan bunların 3-ünə də sərf edir.

Paşinyan xalqın onu devirməsindən qorxaraq  binasının qarşısına tank, helikopter yığması Irəvanda xaosun davam edəcəyini göstərir.

Ermənilərin burda siyasi muxtariyyət arzuları hələ də davam edir. Nikol Paşinyan hal-hazırda çıxılmaz vəziyyətlə qarşı- qarşıyadır. Həm xalqı sakitləşdirmək istəyir, bunun üçün “Artsax” məsələsini ortaya atır, həmçinin 6 dövlətin birgə əməkdaşlığı təklifini dəyərləndirir. Amma ilk öncə Xalqı qəzəbini yatırmalıdır. Saros  fondunun havadarlığı hələ də Paşinyana ümid verir

Eyni zamanda son bir neçə gündə Xankəndi, Xocavənd bölgələrində də gərgin vəziyyət yarandı. Ermənilərin burda olan silahlı terror qruplaşmasına qarşı Azərbaycanın xüsusi hərbiçiləri tərəfindən çənbərə alınaraq təmizləmə əməliyyatı keçirildi. Qarabağda konflikt tam olaraq bitmiş deyil. Rusiyanın bu ərazilərə minlərlə erməni ailəsi köçürməsi gələcəkdə yeni bir konfliktə yol açır. Rusiya yenə də ikili oyun oynayır. Həm Azərbaycan- Türkiyə tərəfinin rəğbətini qazanmq üçün manipulyasiya edici sözlər, çıxışlar edir, həm də Qarabağda marağını təmin etməyə çalışır. Həmçinin, bəzi mənbələrdə Dağlıq Qarabağda yaşayan ermənilərə Rusiya pasportu veriləcəyi bildirilir. Amma Azərbaycan tərəfi burada yaşayanların Azərbaycan vətəndaşlığı qəbul edəcəyini bildirmişdi. Ola bilsin ki, rusiya yenə bir oyun çevirir, necə ki, bəyanatdan sonra Laçın şəhərindən koridoru keçməsini bildiridi, amma Azərbaycan tərəfi buna razı olmadı.
Burda yaşayan erməni xalqına Rusiya pasportu verilərsə, gələcəkdə burda yeni ərazi tələbləri olacağına şübhə etmirəm. Amma Azərbaycan tərəfi buna razı olmamalı ,orda yaşayanlar Azərbaycan pasportu almalıdırlar. Çünki bu torpaqlar Azərbaycan torpağıdır və hal-hazırda çox şey Azərbaycandan asılıdır. Əlbəttə ki, Azərbaycan tərəfi də çox şeyi ölçüb-biçib,  plana görə hərəkət edir..

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button