Ermənistan

“Biz inanırdıq ki, hökumət var, ancaq bu adam bizim suallarımıza cavab verəcək, uşaqlarımız barədə bizi məlumatlandıracaq halda deyil”-İTTİHAM

Əsir və itkin düşən erməni hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşməyə nail olsalar da, görüşün yekunlarından narazı qalıblar.Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, valideynlərin bir hissəsi hökumət evinin qarşısında qalmaqda davam etsə də, digərləri artıq dağılışıblar. Valideynlərdən biri deyib ki, aylardır hökumətdən cavab ala bilmirlər. “Gah ora, göndərirlər, gah bura, DNK mərkəzinə. Heç kəs valideynlərə həqiqəti demir. Onlar üçün danışmaq asandır, övladları yanındadır”, etirazçı bildirib. Başqa valideyn də qəzəblə hökuməti tənqid edib. “Biz inanırdıq ki, hökumət var, ancaq bu adam bizim suallarımıza cavab verəcək, uşaqlarımız barədə bizi məlumatlandıracaq halda deyil”, valideyn deyib. Əlavə edib ki, biz bilmək istəyirik uşaqllarımız hardadır, əsir düşüblər, yoxsa itkindirlər?

“Əgər işləyə bilmirsə, onda biz kimə müraciət edəcək, bizə ancaq Putinə müraciət etmək qalır”, hərbçi valideyni əlavə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button