Dünya

Bu ölkədə ard-arda 10 zəlzələ olub

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib. Analoq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib. Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button