Ölkə

Azərbaycanda ilk vaksinasiya olunacaq şəxslər AÇIQLANDI

Vaksinasiyada strateji prinsiplərdən birincisi könüllük, ikincisi isə təhlükəsizlikdir.Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.

O bildirib ki, virusla müqayisədə təhlükəsiz vaksin seçilib:

“Vaksinasiyanın strategiyasını şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət, əməkdaşılıq prinsipləri təşkil edir. Əhalinin risk qrupuna daxil olan hissəsi maksimum dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”.

Onun sözlərinə görə, strategiyanın əsas hissəsini sosial və tibb cəhətdən risk qruplarına daxil olan şəxslər təşkil edir:

“Vaksinasiyanın ilkin mərhələsi səhiyyə işçilərini (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hərbi qulluqçuları və s. qrupları əhatə edəcək.

Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının işçiləri nəzərdə tutulur. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button