Qarabağ

Terrorçu Arutyunyan Ağdama gəldi

“Bir az əvvəl cəbhədən qayıtmışam” Analoq.az xəbər verir ki, bunu işğal edilən Dağlıq Qarabağın qondarma “başçısı” Arayik Arutyunyan öz Facebook səhifəsində yazıb.

O, səngərdə hərbçilərlə görüşdükdən sonra düşməndən bir neçə yüz metr məsafədə Ağdam yaxınlığındakı mövqelərdən erməni xalqına müraciət etmək qərarına gəlib:

“Hər kəsin bir nəfər kimi mənim çağırışımı təqib edəcəyinə inanıram. Tanrının iradəsi ilə bu sınaqdan şərəflə çıxacağıq”.

Arutyunyan müraciətində qələbənin inam tələb etdiyini qeyd edib: “Sizi sərhəddə gözləyirlər. Vətənpərvərlik borcumuzu şərəflə yerinə yetirək. Bu, bir Vətən müharibəsidir”.

Haşiyə: İnanırıq ki, bu, uşaq qatili Arutyunyanın Azərbaycan torpağında sərbəst gəzib dolaşması sonuncu dəfə olacaq. Yəqin yaxın günlərdə PUA-larımız onu məhv edəcək, ya da qorxusundan Gorusa qaçacaq. Yol hələ açıqdır, tələsmək vaxtıdır…konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button