Siyasət

Zelenski Baydendən gileyləndi: Söz yox, əməl gözləyirik

Analoq.az verir ki, Ukrayna ABŞ prezidenti Co Baydenin administrasiyasından söz yox, əməl gözləyir.Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.Onun sözlərinə görə, “əgər ABŞ Ukraynanı NATO-da görürsə, bunu birbaşa deməli, daha sonra isə bunu etməlidir”.

“Ukraynaya sözdən daha artığı lazımdır”, – deyə Zelenski qeyd edib.

O deyib ki, ABŞ Ukraynanın “yaxşı dostudur”, lakin “Bayden daha çoxunu etməlidir”.

Zelenski istisna etməyib ki, Qərbin Ukraynanın NATO-ya üzvlüyünü birmənalı olaraq dəstəkləməsi “Rusiyanın cavab reaksiyasına” səbəb ola bilər.

O əlavə edib ki, Ukrayna əsgərləri Donbasda 7 ildir davam edən münaqişədən yorulublar, lakin Rusiya ilə toqquşmaya hazırdırlar.

“Bu, hər gün baş verə bilər. Onlar hazırdılar, lakin biz də hazırıq”, – deyə o bildirib.Az.shafaqna.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button