Sağlamlıq

Bu şəxslər COVID-19 virusuna yoluxmayacaq

“Virusun immun sistemdən yayılması anlayışı düzgün deyil. Yəni, immun sisteminin gec tanıması var. Birmənalı sübut olunub ki, interferon kifayət qədər yüksək olan xəstələrdə virus orqanizmə düşdükdə o, foqositoz bazasında məhv olur. Demək olar ki, orqanizm bu virusu keçirmir”.

Analoq.az xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə Baş Verir?” verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, COVID-19-un bir neçə dəfə dalğası ola belə elə insanlar olacaq ki, onlarda həmin xəstəlik təzahür etməyəcək:

“Amma bütövlükdə mutasiya etdikcə virus yeni bir xarakteristika ilə orqanizmə daxil olur və immunt sistemi dərhal ona qarşı müqavimət göstərə bilmir. Bu müqavimət üçün gərək əks cismlər yaransın, immunt sisteminin mexanizmləri işə düşsün. Bu, bir-iki günə işə düşən mexanizmlər deyil”.BAKU.WS

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button