Cəmiyyət

“Hökumət iş yerlərinin yaradılması ilə bağlı ciddi düşünsün”- PARTİYA SƏDRİ

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev növbəti dəfə deputat seçildiyi İmişli rayonunda olub. Mütəmadi olaraq seçiciləriylə görüşən, onların problemləriylə maraqlanan, həllində yaxından iştirak edən Razi Nurullayev İmişli rayonu Muradallı kənd sakini Reyxan xanımla görüşüb. Bu barədə millət vəkili sosial şəbkədə paylaşım edib. Analoq.az millət vəkilinin paylaşımını təqdim edir:

Bu ana İmişli rayonu Muradalılı kənd sakini Rahilə Baxışovadır. Mən seçkidə iştirak etdiyim zaman 35 yaşlı oğlu rəhmətə getdi və yasda iştirak etdim. Dünən Reyhan ana ilə görüşdüm. İnciyir ki, demişdin ki, həmişə kömək edəcəm. Axı bir deyil, iki deyil, üç deyil, yüz də deyil,minlərlədir. Mən axı necə kömək edim? Nə ilə? Axı ölkədə iş yerləri yaradılmalıdır ki, insanlar işləsin. Yardım bir gün, iki gün, ömürlük yardım olmur axı. Hökumət iş yerlərinin yaradılması ilə bağlı ciddi düşünsün. Bu şəkildə olmaz və olmayacaq.

İş yerlərinin yaradılması və biznesin inkişafı tempindən çox narazıyam. Bu templə getsək yüz il də bəs etməz. Bu barədə hesabat verilsin ki, nə zaman hər kəs ləyaqətli yaşayışa bəs edəcək əmək haqqı və işlə təmin ediləcək.

Çox imkansızdır və yardımla dolanır. Çıxış yolu bu anaya bir iş tapmaqdır. Sosial yardım da düşmür, çünki iş qabiliyyətlidir. Məsələ burasındadır ki, axı o işi bu qadın və bunun kimi yüzlərlə qadın və kişi, gənc oğlan və qızlar haradan tapsın? Məgər itiriblər ki, tapsınlar?

Görək nə edirik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button