Cəmiyyət

Xalq şairi eks deputatı müdafiə etdi-“Hüseynbala müəllim çox yaxşı kişidir”

Xalq şairi Nəriman Həsənzadə ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.Nəriman Həsənzadə Demokrat.az-a açıqlamasında Hüseynbala Mirələmovun sözügedən videosundan xəbərsiz olduğunu bildirib.

O, Hüseynbala Mirələmovun ziyalı olduğunu deyib:

“Mənim Hüseynbala Mirələmova böyük hörmətim var. Hüseynbala müəllim çox yaxşı kişidir. O deputat idi, həm də YAP-ın Xətai rayon təşkilatının sədridir. O, yaxşı yazıçıdır. Görünür kimsə onunla zarafat edib. Buna görə onu qınamağa dəyərmi?”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 2.5]

Daha çox
Back to top button