Ədəbiyyat

RƏŞİD QARDAŞIM-VÜQAR ƏHMƏD

RƏŞİD QARDAŞIM

Polkovnik,Qarabağ müharibəsi veteranı,hörmətli Rəşid Piriyev üçün…

Soyu-kökü türkoğlu türk-göyçəli,
Qarabağ, Bərdə də doğmaca eli,
Canından əzizdir türkün hər eli,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Qarabağda şəhid olub qardaşı,
Rəşid də silahla udub savaşı,
Zəfərli günlərlə dolub yaddaşı,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Eşit ay oxucum, şairi eşit,
İlhamlı insandır bu zabit Rəşid,
Yaxşı əməlləri bax çeşid-çeşid,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Sevir dövlətini, sevir elini,
Sevir anasının ana dilini,
İsa bulağını, Xəzər gölünü,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Şöhrəti yayılıb hər vilayətə,
Sadiqdir dövlətə, o rəhbərlərə:
Başqana, Ramizə, həm Vilayətə,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Yaradıb yollarda nizam-intizam,
Baş komandanından o, alır ilham,
Halal çörək yeyir, bilməyir haram,
Əsil Vətən oğlu Rəşid qardaşım.

Vətəni uğrunda çəkir zəhməti,
El içində vardır böyük hörməti,
Ay Rəşid, qardaş say Vüqar Əhmədi,
Əsl Vətən oğlu Rəşid qardaşım.

Vüqar Əhməd

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3]

Daha çox
Back to top button