Manşet

Qonşu qonşu olsa…-ŞƏKİDƏ YAZIÇININ ÜZLƏŞDİYİ PROBLEM

Şəki şəhərində yaşayan yazıçı-publisit İlhamə Elşadqızı öz qonşusundan şikayətçidir.

Belə bir atalar sözü var.Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Nədənsə İlhamə Elşadqızının uzaq Şəkidə yaxın qonşusundan bəxti hələlik gətirməyib.

Analoq.az-a danışan İlhamə Elşaadqızı bildirir ki, 2017-ci ildə Şəki şəhərində M.Ə.Rəsulzadə 180 ünvanında 1 otaqlı ev almışam. Qonşum – İsmayılovlar ailəsi otağımın və eyvanımın altında iki dəmir konstruksiyalı köşk qoyub.Mənşəyi məlum olmayan ərzaq mallarını, həkim nəzarətindən keçməyən məhsulların satışıyla məşğuldur. Səs-küy yaradaraq, ictimai asayişi də pozur.

İsmayılov Tural, İsmayılova Aynur və 2 azyaşlı qızları da səhər saat 7-dən, axşam 11-ə kimi alver edir valideyinlərinin yanında.

27 fevral tarixində İlhamə Elşadqızı haqqında danışılan həmin ailə tərəfindən küçədə döyülərək, təhqir edilib.

İlhamə Elşadqızı döyüldükdən sonra Şəki şəhər Polis idarəsinə ərizə ilə müraciət edib.

Müraciəti əsasında onun işinə qısa müddətdə baxılıb və həmin şəxslər barədə tədbir görülüb.

Qonşusundan yarımayan İlhamə xanım həmçinin qeyd edək ki, İsmayılovlar ailəsi problemli ailə kimi rayonda qeydiyyatdadır. Ailənin azyaşlı üzvlərinin təhsildən yayınıb, küçə ticarətinə cəlb edilməsi halları qeydə alınıb. Böyük qızları 13 yaşında zorla ərə verilərək, 2 dəfə qeyri-qanuni ərdə olub.

Şəki şəhər İcra hakimiyyətinə küçə ticarəti ilə bağlı dəfələrlə şikayət ünvanlayan yazıçının hələlik şikayəti təmin olunmur.

Ümidvarıq ki, tezliklə Şəki Şəhər İcra Hakimiyyətindən faktla bağlı müsbət cavab verilər və tədbir görülər.

Məqalədə adıçəkilən qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button