Cəmiyyət

“Əminə” market insanların fotolarını niyə ictimailəşdirir?-GƏNCƏDƏ !

Gəncədə fəaliyyət göstərən “Əminə” market şəbəkəsində baş vermiş rüsvayçı olay ölkə ictimaiyyətində hiddətlə qarşılanıb. Məlum olub ki, müəyyən ehtiyacları olan şəxslər marketdən ya özlərinin, ya da övladlarının ac qarınlarını doydurmaq üçün bu yola əl atıblar. Təbii ki, belə əməl heç də yaxşı hal sayıla bilməz. Lakin market rəhbərliyinin mənəvi baxımdan ehtiyaclı insanların şəkillərini ictimailəşdirməsi heç bir humanizm davranışına sığmayan bir əməldir. Nəzərə alarsaq ki, dövlətimizin siyasi prioritetlərindən biri də humanizm prinsipərinin təbliğidir, bu zaman Gəncədəki “Əminə” marketlər şəbəkəsi hansı səbəbdən bu prinsipləri pozmasına görə ictimaiyyətə izahat verməlidir. Analoq.az olaraq adıçəkilən şəbəkə ilə əlaqə saxladıq, lakin elə bir cavablarla qarşılaşdıq ki, buna cavab da demək olmur. Şəkilləri ictimailəşdirilmiş şəxsləri “narkoman”, “bomj” və s adlandırsalar da, cavab səmimi təsir bağışlamadı.

Daha bir məsələ isə budur ki, market rəhbərliyi əllərində qida, ərzaq tutmuş şəxsləri hüquq-mühafizə orqanlarına təhvil verə bilərdilər. Axı özlərinin də iddia etdikləri kimi onlar “bomj” və “narkomanlardır”. Lakin hər kim olursa-olsun, hansı kateqoriyalı vətəndaş olmasına baxmayaraq hər kəs şəxsiyyətdir və onun ləyaqətinin pozulmasına əsla yol vermək olmaz! Əslində şəkilləri onların icazəsi, razılıqları olmadan ictimai nəzərə çatdırılırsa, bu faktın özü də ciddi qanun pozuntusudur! Əbəs deyil ki, ictimai rəy bu məsələylə bağlı redaksiyamıza ardıcıl zənglər edirlər.

Onu da qeyd edək ki, yazı sayta qoyulan vaxtda marketin rəhbərliyi bizimlə əlaqə saxlayaraq bildirdi ki, şəkillərini sahiblərinin razılığı olmadan asdıqları şəxslər barəsində dəfələrlə şikayət etsələr də heç bir ölçü götürülməyib. Eyni zamanda, əlavə olunub ki, bu şəxslərlə dəfələrlə söhbət edilsə də nəticəsiz qalıb. Mövzunu gündəmdə saxlayacağıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button