Cəmiyyət

Bakıda Şaxta baba, Qar qızlar niyə yoxdu?

Hər il şəhərin mərkəzində bəzədilmiş yolkaların ətrafında Şaxta babalara rast gəlirdik. Bu il şəhərə üz tutan uşaqlar evlərinə məyus şəkildə geri dönürlər. Çünki onların sevimlisi olan Şaxta baba, Qar qız artıq yoxdur. Hazırda Bakıda bir Şaxta baba var, o da “Soyuq əllər, isti ürəklər” yarmarkasındadır. Yəqin ki, Şaxta babanı əvəz edən nəsə çıxıb ortalığa.

Hər kəsi maraqlandıran bir sual var. Bakıda Şaxta baba, Qar qızlar niyə yoxdu?

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentindən Modern.az-a verilən məlumata görə bu il Şaxta baba olmaq istəyi ilə bağlı heç bir müraciət daxil olmayıb:

“Əksəriyyət şam ağacının yanında öz telefonu ilə şəkil çəkdirir, Şaxta baba, Qar qıza əlavə pul ödəmək istəmirlər. Ona görə də ödəniş edib, lisenziya alıb Şaxta baba, Qar qız olmaq istəyən yoxdu”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button