Cəmiyyət

Masallıda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanların medallarının təqdim olundu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir.

Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə Masallı Rayon İcra Hakmiyyətinin başçısı Araz Süleyman oğlu Əhmədov, dövlət qulluğu üzrə təqaüddə olan Lətifə Əjdər qızı Mövsümova, Ələşrəf Nuru oğlu Niftiyev və Qardaş Məhərrəm oğlu Fətullayev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif edilmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təqdimatında çıxış edərək bildirmişdir ki, bugünki qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin, ümumilikdə, “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsinə geniş imkanlar yaratmışdır. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğur qazanır.

Sonra Araz Əhmədov təltif olunanlara medalları təqdim etmişdir.

Təltif olunanlar da öz növbəsində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini bildirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Masallıda nəşr olan «Yeni həyat» ictimai — siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button