Cəmiyyət

Vəkil “Azercel”i ifşa etdi – FOTO

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov Feysbuk sosial şəbəkə hesabında ifşaedici yazı paylaşaraq “Azercell” mobil operatorunu sərt tənqid edib. Həmin yazını oxucularımıza təqdim edirik.

“Azercell” istifadəmə verdiyi nömrəyə tərəfimdən hər ay 30 manat pul köçürməklə güya mənə sərfəli biznes paket verib. Biznes paketlə şəbəkə daxili 3000 dəqiqə danışıq, şəbəkə xarici 1000 dəqiqə, 1000 sms, beynəlxalq 20 dəqiqə danışıq və 10 GB internet verilib. Müqavilə bağlamışıq, hər ay 30 manat pul ödənilməsinə baxmayaraq artıq 3 dəfə nömrəni birtərəfli bağlayıb mənə təxminən 100 manata yaxın əlavə pul ödətdiriblər. Sonuncu dəfə bizə kurator təyin edilmiş +994 50 221 04 53 nömrədən mənə deyilmişdir ki, sonuncu dəfə ödəməni edim bundan sonra sizin nömrə bağlanmayacaq.

Aramızda yaranmış mübahisə zamanı mənə deyilir ki, siz filan qaydalarımızda müəyyən edilmiş hansısa bir xidmətdən istifadə edərək limiti keçdiniz, ona görə nömrə bağlanıb, həm aylıq xidmət haqqı, həm də əlavə olaraq xəttin açılması üçün haqq ödəməlisiniz.

Bu hüquqa və qanunlara zidd addımdır.

Mən nə üçün “Azercell”in mənimlə razılaşdırmadığı və müqavilədə nəzərdə tutulmayan hansısa qaydalarından asılı olmayılam?! Belə çıxır ki, gündə bir qayda müəyyən edib məndən əlavə pul ala bilərlər?

Xahiş edirəm bu məsələni mətbuatda işıqlandıraq”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.tvpress.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button