Araşdırma

Tanınmış iqtisadçı alimin və tələbələrinin ABŞ-da elmi məqaləsi dərc edilib

Tanınmış iqtisadçı alim, AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının “Ekonometrika”, “Gömrük statistikası və infornasiya texnologiyaları” fənləri üzrə müəllimi iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun “Kapital Bank” ASC-nin əməkdaşı Babək Fazil oğlu Vəlizadə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının tələbəsi Qarayev Adəm Məlik oğlu ilə birlikdə 12-14 may 2021-ci ildə ABŞ-ın Boston şəhərində keçirilmiş “MÜASİR DÜNYADA FUNDAMENTAL VƏ TƏTBİQ ELMİ TƏDQİQATLAR” adlı X Beynəlxalq elmi-praktik konfrans (The 10th International scientific and practical conference “Fundamental and applied research in the modern world” (May 12-14, 2021) BoScience Publisher, Boston, USA. 2021. 778 p) materiallarında “Gömrük üzrə vergi daxilolmalarının Ümumi Daxili Məhsula təsirinin qiymətləndirilməsi” mövzusunda elmi məqaləsi dərc edilmişdir.
Məqalədə, hər bir ölkənin iqtisadiyyatının tsiklik inkişaf etdiyi qeyd edilməklə dünyanın hər bir ölkəsinin iqtisadi artımın yüksəldilməsi məqsədi ilə müxtəlif iqtisadi siyasət yürütmələri, dünya ölkələrinin bir-biri ilə qarşılıqlı əlaqədə beynəlxalq əmək bölgüsü sayəsində inkişaf etmələri, iqtisadi artımın heç bir ölkədə stabil xarakter daşımadığı, həmçinin iqtisadi tsiklin əsasının istehsalda təkrarlanan iqtisadı böhranlar təşkil etdiyi şərh edilmiş, iqtisadi mühitdə tsiklik dəyişikliklərə qarşı iqtisadi siyasət vasitələri kimi iqtisadi konyuktura, biznes dövrünün kritik hədd nöqtələrinin tənzimlənməsi vasitələrindən istifadə edilməsi göstərilmişdir.
Burada, ölkəmizdə aparılan iqtisadi islahatlar hesabına Azərbaycan iqtisadiyyatında müşahidə edilən davamlı iqtisadi inkişafın optimal tənzimlənmsi məqsədi ilə müvafiq iqtisadi siyasət həyata keçirmək üçün, ökə iqtisadiyyatında dinamik tarazlı artım səviyyəsinin müəyyən edilməsi və mövcud iqtisadi artım səviyyəsinin bu tarazlı səviyyədən kənarlaşması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2000-2020-ci illəri əhatə edən dövrlər üzrə fiziki həcm və kapital qoyuluşunu artım surəti indeksinə uyğun olaraq EViews proqram paketində ekonometrik qiymətləndirmələri aparılmış, Azərbaycan iqtisadiyyatı üçün Domar modelininin köməyi ilə iqtisadi artımın dinamik tarazlı səviyyəsi müəyyən edilmiş, uyğun iqtisadi göstəricilərin həmin dövr ərzində dinamik tarazlığı təmin edən şərtləri müəyyən edilmiş və alınmış nəticələrin istifadə edilmə imkanları dəyərləndirilmişdir.
Məqalədə əhalinin, müəssisə və təşkilatların yığımları modelə daxil edilərək, ölkə əhalisinin gəlirlilik səviyyəsinin artmasının əhalinin istehlaka meyliliyini şərtləndirdiyindən, əhalinin böyük hissəsinin istehlaka olan tələbinin tam ödənilməmədiyi qeyd edilmişdir. Tədqiqat nəticəsində ölkədə dinamik tarazlı iqtisadi artım surətinin, 2005-2009-ci illərin faktiki real artım tempi ilə müqayisəsi aparılmış və yarnmış kəskin kənarlaşmaların həmin dövrlərdə daha çox neft hasilatı və satışından əldə edilən gəlirin yüksək artımı ilə əlaqədar olduğu şərh edilmişdir. Tədqiat nəticəsində iqtisadi artımın dinamik tarazlı səviyyəsinin artım surətinin məcmu tələb ilə məcmu təklifin bir-birinə bərabərliyini təmin edən şərtlər qiymətləndirilərək 9,2 % olması müəyyən edilmişdir.
Məqalədə qeyd edilir ki. son dövrlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində aparılan uğurlu gömrük islahatları hesabına xarici ticarət əməliyyatlarında gömrük üzrə büdcə daxilolmalarının həcminin artması dövlət büdcəsinin gəlirini artırmaqla bərabər, ölkə üzrə ÜDM-in həcminə də əsaslı şəkildə təsir edir. Burada, Azərbaycan Respublikası Xarici Ticarətin Gömrük Statistikasına əsasən, respublika iqtisadiyyatında idxal siyasəti üzrə dövlət müdaxiləsi idxalın balanslaşdırılmasına yönəldildiyi, Azərbaycanın idxalında onun əsas tərəfdaşlarının xüsusi çəkiləri üzrə daima bərabərləşməyə meylli olması, idxal siyasəti üzrə idxalın balanslaşdırılmasının xarici ölkələrin Azərbaycanın xarici siyasətinə ciddi təsir etmə dərəcəsinin azalmasına imkan verən ən mühüm göstərici olması qeyd edilmişdir. Məqalədə gömrük üzrə vergi daxilolmalarının Ümumi Daxili Məhsula təsiri EViews proqram paketində qiymətləndirilərək müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında gömrük üzrə vergi daxilolmalarının 1% artması, ölkə üzrə iqtisadi artımın təmin olunmasını şərtləndirən ÜDM-in 0,355 % artması ilə nəticələnir.

Məqalənin materiallaı ilə aşağıdakı linkdən tanış olmaq olar (səh. 162-176)
https://sci-conf.com.ua/wp-content/uploads/2021/05/FUNDAMENTAL-AND-APPLIED-RESEARCH-IN-THE-MODERN-WORLD-12-14.05.2021.pdf

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button