Siyasət

Günahkar axtarışı Petrosyanı, Koçaryanı, Sarkisyanı və Paşinyanı həqiqətləri danışmağa, günahı bir-birilərinin üstünə atmağa məcbur elədi.

Məğlubiyyət Ermənistanı reallıqları danışmağa sövq edir.

Ermənistan tərəfi “dənizdən dənizə böyük ermənistan” iddiası ilə yaşayırdı. Bu böyük Ermənistan Azərbaycanın qərb torpaqlarını, Naxçıvanı və Türkiyənin bir neçə(xüsusilə dənizə çıxışı olan ərazilərini əsasəndə Trabzon) ərazilərini əhatə etməliydi. Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan 44 günlük müharibədən sonra bir neçə reallıqlardan danışdı. Bu barədə Analoq.az-a müsahibəsində Siyasi ekspert Elman Vəliyev bildirib.

Petrosyan Türkiyə və Azərbaycanla münasibətləri korlamağın əleyhlərinə işləyəcəyini bildirib. Petrosyan deyir ki, Azərbaycan tərəfi zamanı düzgün qiymətləndirdi. İqtisadiyyatını, ordusunu gücləndirdi. Petrosyan münaqişə dönəmində Azərbaycanla kompromisə getməyin tərəfdarı idi, amma təzyiqlər buna imkan vermədi. Əlbəttə ki, bu proseslərdə ermənistanın havadarlarının(maraqlarını təmin etmək istəyən havadarlar) rolu böyükdür. Petrosyan Lissabon sammitindən, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun təkliflərindən də danışıb. “Mərhəlli həll” prosesindən danışan Petrosyan buna razı olduğunu bildirib. Deyir ki, buna razı olsayıdıq indi bu vəziyyətdə olmazdıq. Bu həldə bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir, laçın dəhlizi 22 km olmaqla ermənistana verilirdi. Bununla razılaşa bilməzdik və razılaşmadıq da.
Ötə yandan Petrosyan deyir ki, LissabonLissabon sammitində qəbul olunan qərara təkcə biz etiraz etdik. 1996-cı ildə keçirlən bu sammitdəki qərara əsasaən Azərbaycanın ərazi bütövlüyü tanınır və Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət qazanaca. 50-dən çox dövlət bunla razılaşdı. Bunların razılaşmaya getməsinə Əsrin müqaviləsinin də təsiri böyükdür. 1994-cü ildə imzalanan bu müqavilə ilə Azərbaycanla münasibətlər yumşalmağa başladı. 8 dövlətin(Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Norveç, Səudiyya Ərəbistanı) imzaladığı bu müqavilə Azzərbaycanın inkişafında kuliminasiya nöqtəsi oldu. Fransanın burdan pay ala bilməməsi erməniyə havadar durmasına təkan verən səbəblərindən biridir. Petrosyan “böyük ermənistan” xəyallarından əl çəkməyin lazım olduğunu bildirib.
Petrosyan Qarabağ münaqişəsində Türkiyənin rolundan da danışıb. Deyir ki, Türkiyə ermənistanla münasibətləri mülayim bir sferada aparmağın tərəfdarı idi. Qarabağ müharibəsi başlayana kimi Türkiyə ilə ermənistan sərhədləri açıqidi(1993-ə kimi). O zaman Baş Nazir olmuş Süleyman Dəmirəlin ermənistana 67 min ton buğda yardım etdiyi bildirilir. Hətta mərhum prezident Əbülfəz Əliyev də müsahibələrin birində Türkiyədən helikopter istədiyini amma vermədiyini bildirmişdi. Türkiyə 1990-cı illərdə çətin bir vəziyyətdə idi. Daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi problemlər qara bulud kimi başının üstün almışdı. Ermənilərə havadar duran dövlətlər Türkiyəni Ermənistanla münasibətləri pozmamağa təhrik edirdilər. Bunda əsas pay ABŞ-a məxsusdur. Türkiyənin bir NATO ölkəsi olduğunu, ABŞ-a bir xeyli borcu olduğunu , ABŞ-a məxsus 16 hərbi bazanın ərazisində yerləşdiyini nəzərə alsaq Türkiyənin yanlış bir siyasi addımla böyük təhlükə ilə üzləşəcəyini düşünə bilərik. Siyasi baxımdan Azərbaycana yardımı özü üçün böyük təhlükə idi. Amma 44 günlük müharibədə Türkiyə öz yardımlarını əsirgəmədi. Bu müharibədə nə 90-cı illərdəki Türkiyə, nə də Azərbaycan varidi. Burada artıq supergüc olmaq yolunda addımlayan Türkiyə və inkişaf etməkdə olan Azərbaycan varidi. Ermənistanın ikinci prezidenti olan Robert Koçaryan da məğlubiyyətdən sonra müsahibə verib. Koçaryan Rusiyapərəst adamdı və müsahibədə də çıxış yolunu Rusiya vasitəsilə olacağını deyir. Amma ermənistan xalqı anlayır ki, bu da çıxış yolu deyil, Rusiya Ermənistana vassal kimi baxır. Koçaryanın dövründə münaqişənin həlli üçün “Madrid prinsipləri” irəli sürülmüşdü. Prinsipə əsasən ermənistan qüvvələri mərhələli şəkildə çıxmalı, Dağlıq Qarabağ ətrafı Azərbaycana verilməli, Laçın dəhlizi erməilərin Dağlıq Qarabağla əlaqəsini təmin eməli, sülhməramlılar yerləşdirilməli(bu rusiyanın 90-cı illərdəki təklifi idi və bunu reallaşdırmaq üçün bir çox siyasi manevrlər işlətdi və niyyətinə çatdı. Yəni sülhməramlı qismində başqasının yer almamasına çalışrdı) əsas maddə isə Daqğlıq Qarabağın statusu referendum əsasında müəyyən edilməliyidi. Amma Azərbaycan tərəfi buna razı olmamışdı. Çünki referendum keçirilsə, ermənistan tərəfi qalib gələcək və statusu müəyyən edəcəkdilər. Azərbaycan tərəfi Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə razılaşacağını bildirdi, amma buna da Koçaryan hakimiyyəti razı olmadı.
3-cü Prezident olan Serj sarksiyan da eyni səpkini davam etdirdi. O da müsahibə verərək özünü təmizə çıxartmaq məqsədi ilə bildirir ki, güya, bunun dövründə belə çətin sitüasiya olmamışdı. Günahkar Nikol Paşinyandı. Qarabağ klanından olan Sarksiyan ermənistanı məğlubiyyətə düçar edənlərdəndir. Sülh yolu ilə ərazilərin geri qaytarılmasını təklif edəndə qəbul etməmişdi. Sarksiyan şərt qoyaraq kompramisə gedə biləcəyini bildirmişdi. Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ camaatının təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Lakin Azərbaycan tərəfi buna razı olmadığını bildirdi. Çünki razı olsayıdı Dağlıq Qarabağ əldən çıxa bilərdi.
Sarkisyanın dövründə “yenilənmiş Madrid prinsipləri” qəbul olunmüşdü. Əvvəlki prinsiplə bunun az fərqi faridi. Bu fərqləri qeyd etmək istəyirəm-əvvəlkində ermənistan silahlı qüvvələrininin Azərbaycanın işğal olunmuş ərazilərdən mərhələli çıxarılması lazımidisə, təzələnmişdə mərhələli anlayışı yoxidi. Digər yandan köhnədə Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, təzələnmişdə “yekun status” ifadəsinin yerini iradənin hüquqi yolla ifadə edilməsi əvəzləmişdi. Yəni Dağlıq Qarabağın əhalisinin iradəsindən asılıdır. Onlar statusu müəyyən edərsə, bu da hüquq çərçivəsində düzgün bir foma olaraq yerinə yetirilməlidir.
Göründüyü kimi, ermənistanı uçurumun kənarına gətirən 4 rəhbərin hamısının günahı var. Lakin bunların içərisində ermənistan xalqı üçün ən alternativlisi Paşinyandır. Gördülər ki, ölkə çətin vəziyyətdə, məhvə doğru gedir, xalq günahkarı axtarır media qarşısına keçib özlərini təmizə çıxartmağa çalışırlar. Lakin buna baxmayaraq ölkənin xilası əvəzinə yenidən hakimiyyət uğrunda çəkişmələr edirlər. Qalib gəlmək üçün günahı bir-birlərinin üzərinə atırlar. Petrosyanla Paşinyan çıxış yolunu kompromisə getmədə, şərtləri qəbul etməkdə, Türkiyə ilə münasibətləri yumşaltmaqda görür. Sadəcə Paşinyan onu ittiham edənlərin ucbatından seçkini udumazqdan qorxur. Cəbhədə təxribatlar törədərək, ölkə daxilində ixtişaşlar yaradaraq Paşinyanın legitimliyini aşağı salmağa səy göstərirlər. Bu işdə Qarabağ klanın rolu böyükdür. Əgər yenidən qalib gəlsə(şansı var) Zəngəzur dəhlizinin açılmasını, hətta Türkiyə ilə sərhəd probleminin müzakirələrini dilə gətirəcək. Müharibədən sonrakı vəziyyət bizə mərhələli həldəki, Madrid prinsiplərindəki formatı xatırladır. Amma fərqli məqamlar var. İlk öncə qeyd edək ki, bu proselərdə Rusiyadan və Türkiyədən başqa dövlətlər yer ala bilmədi. Sülhməramlılar 5 il müddətində qalacaq(vaxtı çatanda sülhməramlıların missiyasının bitməsini təmin edə bilərik), Referendum və ya iradənin hüquqi yolu yer almayıb. Laçın dəhlizi 22 km deyil 5 kmdir. Dağlıq Qarabağda erməni dili deyil Azərbaycan dili rəsmidir. Ermənilər Azərbaycanın qayda-qanunları çərçivəsində bu ərazilərdə yaşaya bilər. Zaman yetişəndə isə Xankəndi, Xacalı, Xocavənd də öz sahibinin idarə sahəsinə daxil olacaq!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button