Cəmiyyət

Tez-tez düşərgə dəyişənlərin xisləti və ya sabiq Sorosçu olmur

Çingiz xan haqqında rəvayətlərin birində deyilir ki, 1205-ci ildə onun xəyanət edən anddaşı Camuqanın nökərləri əl qolunu bağlayaraq gətirirlər Çingiz xanın hüzuruna və ondan mükafat istəyirlər. Buna cavab olaraq Çingiz xan öz əsgərlərinə əmr edir ki, Camuqanın əl qolunu açsınlar, amma onu təhvil verən nökərlərin başlarını vursunlar.

Camuqanın nökərləri gözləmədikləri qərardan qorxaraq imdad istəyir və niyə belə qərarın verildiyini soruşurlar: “Hökmdar, axı biz sizin son düşməninizi sizə təhvil verdik, siz niyə bizi öldürürsünüz?” Cavab olaraq Çingiz xan deyir: “Bir dəfə xəyanət edən, mütləq yenidən xəyanət edəcəkdir”…

Təəssüflər olsun ki, müasir Azərbaycan tarixində bu kimi davranışlara çox rast gəlinirdi. Azərbaycanın ilk müstəqillik illərində xəyanətkarlar özlərinə yeni ağa axtarışına çıxaraq belə ağaları əsasən “möhkəm” valyuta sahibləri olan ABŞ-da axtarırdılar və bu kimi xəyanətkarların əsas sponsoru Corc Soros oldu. Bütün dünyada “su bulandırıb balıq tutan” Soros yiyəsiz nankorları öz qanadları altına aldı. Və yeni ağa tapanlar dərhal başladılar öz ağalarının tapşırıqlarını yerinə yetirməyə. Gah narıncı geyindilər, gah bənövşəyi geyindilər, gah isə ümumiyyətlə “mavi”ləşməyə başladılar ki, Azərbaycanda çevriliş edərək ölkəni atsınlar Sorosun qucağına.

Lakin sonralar görəndə ki, ölkəmiz surətlə inkişaf edir, maddi imkanlar artır, cəmiyyət satqınları ifşa edir və rədd edir, buqələmun kimi rənglərini dəyişərək Soros “düşərgələrini” tərk edərək hakimiyyət “düşərgəsinə” keçməyə başladılar.

Ən maraqlısı odur ki, ulu öndərin səhhəti pisləşəndə, bu nankorlar düşünərək ki, artıq iqtidar büdrəyib və Sorosçular qalib gələcək, yenidən döndülər öz xainlər “düşərgəsinə” və bir müddət yenidən “yaşıllıqla” (dollarla) qidalandılar. Bir daha İlham Əliyevin nə dərəcədə güclü siyasətçi olduğunu görəndə isə yenidən qayıtdılar iqtidar “düşərgəsinə”.
Yəni bu “siyasi əxlaqsızlar” ölkəmizin müstəqillik müddətində artıq bir neçə dəfə “düşərgə” dəyişiblər.

Bunların hərəkətləri sovet dövründə məşhur “Biz Kronştaddanıq” filmindəki bir populyar fraqmenti xatırladır. Xəndəkdə gizlənən qorxaq əsgər hansı tərəfin hücuma keçdiyindən asılı olaraq poqonlarını bir neçə dəfə dəyişir. Həmin fraqmentə aşağıdakı linkdən baxa bilərsiniz:

Bu xəyanətkarların ən təhlükəli hərəkətləri isə odur ki, bunlar hər dəfə iqtidar “düşərgəsinə” qayıdanda bunları ifşa edəcək və daim iqtidara sadiq olmuş, iqtidar yolunda can qoyub və hətta azadlıqdan belə məhrum olmuş vətənpərvərlərə qarşı çirkin kampaniyalar apararaq onları iqtidardan uzaqlaşdırmağa çalışır, və bununla da iqtidarın əsas güvən bazasını sarsıtmağa çalışırlar.

Sual yaranır ki, bəs iqtidar niyə bu xəyanətkarları hər dəfə geriyə qəbul edir. Niyə Çingiz xan sayağı cəzalandırmr. Əlbəttə ki, öz hərəkətləri ilə iqtidar ən yüksək humanizm prinsiplərini rəhbər tutur. Məşhur atalar sözündə deyilir ki, “Yaxşılığa yaxşılıq hər kişinin işidir
Yamanlığa yaxşılıq nər kişinin işidir”. Yəni Əliyevlər bu satqınları hər dəfə bağışlayaraq əsl kişilik nümayiş etdirir, və yeni şans verir. Bu satqınlarsa Əliyevlərin mərhəmətindən sui-istifadə edirlər, ev alırlar, yardım alırlar, hətta əvvəlki yiyələrinə etdikləri məddahlıq texnikasından istifadə edərək orden və medal belə yalvarıb əldə edirlər.

Amma bunlar hamısı Vaqif Səmədoğlunun “YATMIŞ BİLDİYİM İLAN” şeirində dediyi ilanlar kimi “sən demə oyağ imiş…”. Bəli bunlar oyaqdırlar, sadəcə məqam gözləyirlər, və Sorosla əlaqələrini tam kəsmirlər. Və Sorosun bir başa nəzarətində olan USAİD-in xüsusən də şanlı qələbəmizdən sonra ölkədə “ictimai fəallıqların artırılmasına” ayırdığı milyonlar məhz bu “ilanlar” üçün nəzərdə tutulub.

Yəqin xəyanətkarları bağışlamaq olar, amma onları özünə yaxın buraxmaq hər halda məsləhət deyil. Elə yuxarıda qeyd etdiyimiz şeirdə Vaqif Səmədoğlu deyir :

“ Sirrimi açdığım daş,
Sən demə qulaq imiş,
Qaniçənin el qanı,
Dupduru bulaq imiş…

Bir sözlə xəyanətkarları öz başına buraxmaq olmaz və cəmiyyət bu şəxsləri yaxşı tanımalı, onlara inanmamalı, və yenidən xəyanət etdikdə ciddi ictimai qınağa salmalıdır. Bəs cəmiyyət belələrini necə tanımalıdır? Burda heç bir çətinlik yoxdur. Sadəcə internetdə “ Soros Foundations Network Report” daxil etməklə bu şəbəkənin Azərbaycandakı nümayəndələrinin adını rahat görmək olar. Bundan əlavə yetər ki, Sorosun nəzarətindən olan USAİD, NDİ,NED və digərlərinin Azərbaycanda mütəmadi olaraq kimlərə qrant ayırmaları haqqında məlumatlar sorğulansın. Dərhal hər şey aydın olur.

Həmçinin ABŞ-ın müvafiq qurumların tam nəzarətində ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən QHT-lərin qrant ayırdıqları yerli təşkilatların siyahısı və yaxud “ekspert” qismində cəlb edərək faktiki heç bir fəaliyyət olmadan onlara ayırdıqları külli miqdarda vəsaitlərin hesabatları nəzərdən keçirilsin. Bütün hallarda eyni adlar çıxır. Və ən təhlükəlisi odur ki, həmin şəxslər son zamanlar hansısa qüvvələrinin dəstəyi ilə artıq müəyyən vəzifələrə təyin edilirlər.

Bundan əlavə eyni dairələr ABŞ-ın bəzi QHT-ləri ölkəmizdə ümumiyyətlə qanunsuz fəaliyyətini şübhəsiz ki, heçdə təmənnasız olmadan dəstəkləyirlər (məsələn bir başa Sorosun yaratdığı “Şərq-Qərb İdarəetmə İnstitutu” adlı bir təsisat…). Həbətdə ki bizdə bütün faktlar var, sadəcə jurnalist etikasına uyğun olaraq istəyirik dövlət və cəmiyyət özü bu şəbəkəni ifşa etsin…

Bir sözlə Sovet tələbəliyi dövründən yadımızda qalan “Manifestin” preambulasındakı cümləni dəyişərək bizdə bəyan edə bilərik ki: “Azərbaycanda bir kabus dolaşmadadır – Soros kabusu”, və bu kabusa xidmət edənlər öz cəzasını mütləq almalıdırlar.

Rövşən

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button