Qarabağ

Laçına suyun verilməsi təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahından verilən məlumata görə, rayon işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb.

İçməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından mənbələrə baxış keçirilib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsi qərara alınıb.

Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button