Şikayət

Şamaxı icra hakimiyyəti məmurlarının adı uşaq oğurluğunda – Mehriban Əliyevaya məktub

Şamaxının C.Balayev küçəsi, ev 2, mənzil 2 ünvanda qeydiyyatda olan Həşimova Şəbnəm Oqtay qızının vəkili Mehman Muradlı Azərbaycanının 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Reportyor.info müraciəti təqdim edir:

“Bildirirəm ki, vəkili olduğum Həşimova Şəbnəm Oqtay qızı Şamaxı rayon Məhkəməsinə müraciət edərək nikahın pozulması, 03.03.2016-cı il tarixli təvəllüdlü Həşimova Simuzərin onun yanında saxlanılması və aliment tutulması tələb etmişdir.

İddia Şamaxı rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-313/2021 saylı, 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

Bundan narazı qalan Həşimov Xəyal Elşən oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmə 18 iyun 2021-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edərək işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsin hakimi Telman Məmmədob iş ona iyul ayında
daxil olsa da işə baxılmanı 16 avqusta 2021-ci il tarixə təyin etmişdir.
16 avqustda hakim Telman Məmmədov məzuniyyətə getdiyindən işə baxılmanı 16 sentyabra təyin etmişdir.

16 sentyabr 2021-ci il tarixdə hakim işi Şamaxı rayon Qəyyumluq və Himayəçəlik Kommisiyasına göndərilməsi barədə qərardad qəbul etmişdir.

Qeyd edilən qərardad Şamaxı İcra Hakimiyyətinə 24 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. İcra hakimiyyətinin Nəsimi adlı hüquqşunası işə baxmadan və ağızdan eşitdiyi sözə əsasən 26 noyabr 2021-ci il tarixdə rəy vermədən geri qaytarmışdır.

Buna əsas səbəb isə iş üzrə cavabdeh Həşimov Xəyalın atası Həşimov Elşən Şamaxı rayon İcra Hakimiyyətində işləməsidir.

Bunu Həşimov Elşən oğlu Xəyal tərəfindən uşağın 3 yaşı olanda Rusiya Federasiyasına qaçırmasıdır. Artıq iki ildir ki, Həşimov Xəyal uşağı anasına göstərmir.

Şamaxı rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Məmmədovun bir ananı gözü yaşlı qoyması insanlıq adına yaraşmır.

Sizdən xahiş edirəm ki, qeyd etdiyim məsələni şəxsi nəzarətinizə götürəsiz və gözüyaşlı ananı öz övladına qovuşmasına yardımçı olasız”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button