İdman

Sumqayıt Olimpiya İdman Kompleksinin bir neçə əməkdaşı mükafatlandırıldı-FOTOLAR

Sumqayıt Olimpiya İdman Kompleksinin 10 illik yubileyi münasibətilə və idmanın inkişafında səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 20 dekabr 2021-ci il tarixli 845 nömrəli sərəncamı ilə Sumqayıt Olimpiya İdman Kompleksinin bir neçə əməkdaşı mükafatlandırılıb.

Yetirmələri 10 il ərzində ölkəmizi Avropa və dünya birinciliyində layiqli təmsil etmiş sərbəst güləş üzrə əməkdar məşqçi, 2-ci Qarabağ müharibəsi iştirakçısı Xəyal Əliyev, taekvondo üzrə əməkdar məşqçi Vurğun Cəfərov, həmçinin vaxtilə boks üzrə Azərbaycan və beynəlxalq turnirlərin qalib və mükafatçısı, Sumqayıt Olimpiya İdman Kompleksinin direktor müavini Bəylər Mirzəyev də mükafatçılar sırasında yer alıb.

Mükafatları ” Sumqayıt Olimpiya İdman Kompleksi” MMC-nin direktoru, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, general mayor Natiq Əliyev təqdim edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button