Aktual

10 il həbs cəzası alan Eldar Həsənovun əmlakları müsadirə olundu – SİYAHI

Məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.Analoq.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza;

Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi;

Monteneqroda yerləşən mənzil.

Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button