Rəsmi

Prezident Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin fəxri diplomla təltif edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button