Aktual

2 ərəb oğlanla GÖRÜNTÜLƏR VAR -Döyülən azərbaycanlı qızın – TƏFƏRRÜATI

Bakıda turistlərin evinə qonaq gedən qadının döyülərək xəsarət alması ilə bağlı iddialar əsassızdır.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var. İddiaların təfərrüatları Səbail RPİ 39-cü PB-də araşdırılır. 10:10 Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalıb. “Report” xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub. L.Əliyeva “Report”a bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər. Hadisənin təfərrüatı araşdırılır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button