AktualBanner

Separatçılar niyə Tərtərin Qapanlı kəndini atəşə tutur? – SON DƏQİQƏ

Terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.

Məlun “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş “DQMV”-yə daxil edilən Şuşa, Hadrut – yanaşı müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər. Separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni” məlun “qanuna” daxil etməyi planlaşdırırlar.

Bu “hazırlıq” fonunda separatçı-terrorçuların Qafanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, “mübarizəni” onların iddia etdikləri “qondarma “dqr”-lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu “ağılı” onlara verən elə ruslardır.

Atəşin keçmiş Ağdərə – müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır.

Asif Nərimanlı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button