Ölkə

Türkiyə-Azərbaycan qardaşlığı ən möhkəm təməllərə söykənir

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında əhəmiyyətli rol oynamışdır.

Türkiyə və Azərbaycan arasındakı əlaqələrin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. Bu, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığının sarsılmazlığına, əbədiliyinə işarə oldu və bütün dünyaya Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu nümayiş etdirdi. Cənab Ərdoğanın Azərbaycana son səfəri həm də digər xoş bir özəlliyi, siyasi praktikada zəngin təəssürat yaradan hadisənin baş verməsi ilə də diqqəti cəlb etdi. Türkiyənin dövlət başçısı hava limanından birbaşa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı siyasi mesajlar verdi. Onun “bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı və genişlənməsi üçün mübarizəmizi davam etdirəcəyik” ifadəsi Ərdoğanın qardaşlığa verdiyi ən yüksək dəyər olmaqla, qarşıda hər iki ölkənin çiyin-çiyinə mübarizə aparmaqda qətiyyət və əzmkarlığını ortaya qoyacağının anonsu idi.

Türkiyə dəfələrlə bildirib ki, Azərbaycan tək deyil, onun ərazi bütövlüyünün bərpası istiqamətində bütün siyasi və hərbi qərarlarını dəstəkləyir. Eyni zamanda, Azərbaycan da Türkiyəyə qarşı eyni münasibəti sərgiləyir.

Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Məftun Quluzadə

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button