Aktual

“Zakir Qaralov Azərbaycan əleyhinə işləyən qüvvələrə qoşulub – ŞOK İDDİA

Vəzifəsindən sui-istifadə edən, göstərilən etimadı doğrultmayan, insanları narazı salan, büdcəyə öz şəxsi malı kimi baxan məmurlara qarşı sərt tədbirlərin görülməsi və onların həbs edilməsi cəmiyyət tərəfindən rəğbətlə qarşılandı. İllərdir yerlərdə özlərini şah kimi hiss edən və insanları incidən məmurlara qarşı dövlət tərəfindən cəza mexanizmlərinin işə salınması öz effektiv nəticələrini verdi. Bir müddətdir həbslərə ara verilməsi, sərt cəza mexanizmlərinin nə zaman işə salınacağı sualını gündəmə gətirir.

Analoq.az bu və digər mövzularla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən aldığı müsahibəni təqdim edir:

– Azərbaycanda hansı məmurların həbs edilməsi gözləniləndir?

– Məmurlar asan pul qazanmaq istəyirlər. Amma hər şeyin dövlət tərəfindən nəzarətdə olduğunu bilmirlər. Ölkədə o qədər dələduz və rüşvətxor məmur var ki, onlara qarşı dövlət tərəfindən ciddi addımlar atılır. Ölkə Prezidenti korrupsiyaya qarşı çox açıq şəkildə və qətiyyətlə mübarizə aparır. Bu cür məmurların əksəriyyəti həbs edilməlidir. Bu gün insanların narazı qaldığı sahələr var ki, onların hamısı nəzarətə götürülməlidir. Məsələn məhkəmə sistemi özbaşına qalıb və korrupsiya mənbəyinə çevrilib. Məhkəmələr xalqda narazılıq ab-havasını artırır, dövlət və cəmiyyət arasında uçurum yaradır. İnsanların haqlı-haqsız məhkəmələrə işi düşür. Məhkəmələr də istədikləri kimi qərar verirlər. Nə qədər ki, köhnə məmurlar, yəni Ramiz Mehdiyevin kadrları Prezidentin ətrafında qalır, biz uğur qazana və irəli gedə bilməyəcəyik.

– Londonda Cavanşir Feyziyevin milyonlarla pulunun olduğu üzə çıxdı. Deputat isə cəmiyyətə açıqlama vermək əvəzinə, bu haqda xəbər dərc edən media nümayəndələrini hədəfə alaraq təhqir etdi. Bu məsələyə münasibətiniz necədir?

– Deputat Cavanşir Feyziyevin nə qədər etik çərçivələri aşan bir adam olduğunu hər kəs gördü. Medianın üzərinə hücum etməkdən də çəkinmədi. Dövləti müdafiə edə 4-cü hakimiyyətin ən güclü qollarını təhqir etdi. Bu cür insanların hamısı Ramiz Mehdiyevin (5-ci kolon) adamlarıdır. Baş Prokuror, vətənini və dövlətini sevən şəxs Kamran Əliyevdən Cavanşir Feyziyev barədə Prezidentə təqdimat verməsini xahiş edirəm. Çünki bu şəxs dünyada Azərbaycanı biabır edib. Bu adam təcili həbs olunmalıdır. Parlamentdə olan deputatların böyük əksəriyyəti dövlət başçısına kömək etmirlər, haqq-ədaləti demirlər. Vaxtilə bu deputatların böyük əksəriyyəti komitə rəhbərlərindən, nazirlərdən rüşvət alıblar. İndi onlara nə deyə bilərlər. Gərək özləri təmiz olsunlar ki, başqası haqqında fikir yürütsünlər. Bu gün məhkəmələr, Sosial Müdafiə Nazirliyi insanları incidir və narazı salır. Sahil Babayev yalandan büdcəyə köçürdüyü pullarla öyünür.

Bu adam anlamır ki, insanların pensiyasını kəsir. Dövlət başçısı millətini sevən və xalq üçün nə lazımdır edən bir şəxsiyyətdir. Ancaq bu cür məmurlar ölkə rəhbərinin etdiklərini heçə endirirlər. Başqa bir misal kimi Bakı Nəqliyyat Agentliyi və onun rəhbərinin korrupsiya əməllərini göstərmək olar. BNA-nın sədri Vüsal Kərimli qısa müddətdə milyonlarla var-dövlət topladı. Bu şəxsi də özbaşına buraxmaq olmaz. Bu milyonları onun əlindən almaq lazımdır. Dövlətin büdcəsini talayıb, insanları incidib, hər küncdə dayanan maşını cərimələyib özünə milyonlar yığıb. Bu şəxs haqqında da ölçü götürülməlidir.

Yaxud keçmiş Baş prokuror Zakir Qaralovu misal göstərmək mümkündür. Bildiyiniz kimi, onun var-dövlətini idarə edən şəxsi həbs etdilər. Özü də həbs olunmalıdır. Azərbaycan dövlətinin əleyhinə işləyən qüvvələrə qoşulub və onlara sponsorluq edir. Zakir Qaralov dövlətdən oğurladığı 2 milyard pulla Gürcüstanda müəyyən dairələrlə gizli görüşlər keçirir. Azərbaycanın əleyhinə, dövlət çevrilişi etmək üçün müəyyən dairələrlə işləyirlər.

Cənab Prezident korrupsiyaya qarşı çox güclü mübarizə aparır. Bunu gənclərlə görüşündə bir daha vurğuladı. Dövlətin təməlini qazıyan bu şəxslərə qarşı çox ciddi addımlar atılmalı və islahatlar başlamalıdır.

– Azərbaycan Parlamentinin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan parlamenti buraxılmalıdır. Orada ləyaqətli insanlar var. Ancaq hamısı o cür deyil. Bəziləri Azərbaycanı Rusiya ilə hədələyir. Bir çoxları isə radikal qüvvələrdən də kəskin danışır. Bunların hamısı göz qabağındadır. Sanki dövlət başçısına qarşı bir qüvvə yaranıb. Hərəsi bir “fəaliyyəti” ilə xalqda qıcıq yaradırlar. Ona görə də təcili islahatlara başlamaq lazımdır. Keçmişdəki xidmətlərinə baxmadan günahı olanlar mütləq cəzalandırılmalıdır/KONKRET.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button