Ölkə

Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il həbs cəzası verilib

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimova hökm oxunub və o, 17 il müddətinə azadlıqda məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button