Hadisə

Türkiyədə polisin cinayətkar qrupa qarşı əməliyyatında 12 nəfər yaxalanıb

Türkiyənin Tunceli vilayətində polisin keçirdiyi əməliyyatda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu bildirilən 12 şübhəli yaxalanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.

Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatlarında aralarında mütəşəkkil cinayətkar qruplaşma lideri Serdar Alpın da olduğu 12 şübhəli saxlanılıb.

Nazir, ölkəni mütəşəkkil cinayət təşkilatlardan təmizləməkdə qərarlı olduqlarını bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button