Ölkə

İradə Gülməmmədova qış yataqlarına da göz dikdi – MÜRACİƏT

Abşeron rayonun, Təklə kəndində yaşayan Məhərrəmov Əfqan Xanəhməd oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova,İqtisadiyyat naziri Mikayıl Cabbarova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova,Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, Abşeron rayon İcra Hakimiyyətinə və KİV nümayəndələrinə müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Əfqan Məhərrəmovun sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Mən,ailəmlə yaşadığım Qobustan rayonun Təklə kəndində xırdabuynuzlu heyvandarlıqla məşğulam.Atama,qardaşıma və mənə məxsus olan 200 baş qoyun–quzunu otarıb birtəhər güzəran edirik. 2020-ci payızında qoyunları növbəti dəfə qışlaq sahəsi olaraq Hacıqabul rayonun Rəcbər kəndindən olan Etibar adlı şəxsə məxsus 400 ha qış otlaq sahəsini icarəyə götürüb mart ayına kimi qalmğı planlaşdırdıq. Etibar Abşeron rayonuna məxsus icarəyə verdiyi yerlərdən bir hissəsi üçün ( 400 ha) yaza kimi 4000 manat ödəyəcəyimizi şifahi razılıq etdik. Lakin Etibar mənə razılaşmamızın əksinə olaraq cəmi 150 ha faktiki sahədə qoyun otarmağı bildirdi. Gördüm ki, mənə verdiyi yerə isə başqa fermerlərdən pul alıb onlara verib. Mən dedim ki, Etibar o zaman mən sizə əlavə 3000 yox, 1000 manat ödəyəcəyəm. O dərhal 102 Polis Xidmətinə zəng edərək məlumat verdi ki, guya mən onun otlaq sahəsini zəbt etmişəm, çıxmıram. O 4000 manat versəm məni sahədən çıxarmağa çalışır. Axı mən Qobustan rayonundan bütün əmlakımı buraya gətirib qışlamağı planlaşdırmışam. Qış vaxtı hara gedim? Etibar isə həmişə Abşeron rayon İcra hakimiyyətinin sərəncamı əsasında 2000 ha qış otlaq sahəsini guya fermer olduğu üçün icarəyə götürüb istifadə edirmiş.Əslində isə onun heç bir keçi qulağı da olsa, yoxudur. Heyvandarlıq təsərrüfatı olmayan bu adam formal müqavilə bağlayıb və həmişə də qanunsuz olaraq bizi kimi real qoyunçuluq təssərrüfatı olan dağ rayonlarından gəlmiş şəxslərə od bahasına icarəyə verir, vergidən külli-miqdarda yayınır. Əsassız varlanama ilə məşğul olur.

26 dekabrda veriyim şikayətdən sonra Etibar dəstəsilə mən yataqda olmayanda atam Xanəhməd Məhərrəm oğlu Məhərrəmova əvvəcə hədə-qorxu gəlmişdir ki, yerdə qalan icarə haqqı olan 3000 manatı təcili verməsəniz gəlib yatağınızı söküb yandıracam. Sonra isə zorkılıqla atamdan avtomobilin açarlarını alıb və ona məxsus olan VAZ 2106 markalı, 50 BK 545 nömrəli maşını sürərək qaçırıb. Anam bu zorkılıqdan sonra qorxudan vəziyyəti pisləşib, özündən gedib. Mən Etibarla danışığımızda bildirmişdim ki, 400 ha 4000 manat verəcəm. Və 1000 manat vermişdim. O isə bizə cəmi 150 ha verdi. Buna görə də mən ona 2000 manat verəcəyimi deyəndə o razılaşmadı. İndi də ailəmizə məxsus avtomobili oğurlayaraq naməlum istiqamətədə aparıb. İndi də ailəm qorxur ki, bu manyak gecə gəlib evimizi və yatağı qoyunlarla birlikdə yandırar.

Cənab prezident və Daxili İşlər naziri Vilayət Eyvazov Sizdən xahiş edirəm ki, bu qanunsuz sahibkarlıqla məşğul olan Etibarı və dəstəsini oğurladığı avtomobilimizin alınıb bizə qaytarılmasımı və ailəmizə qarşı hər hansı zorakılıq hərəkəti törətməmiş dərhal qarşısının alınması barədə aidiyyatı üzrə göstəriş verəsiniz Sağ olun.

Qeyd edək ki,Abşeron rayon İcra Hakimiyyətinini başçısı İradə Gülməmmədovanın 2015-ci ildən Abşeron rayonunda abadlıq və təmir-tikinti işlərinə ayrılmış dövlət vəsaitləri hesabına geniş biznes şəbəkəsi qurması barədə dövrü mətbuatda çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Lakin qış yataqları,fermalar barədə indiyə qədər heç bir məlumat verilməyib. Vətəndaş Əfqan Məhərrovun şikayətindən də göründüyü kimi İradə Gülməmmədovanın artıq qışlaqları da ortaya çıxdı. Məlum olduğu kimi,paytaxta yaxın olmasına baxmayaraq Abşeron bir kənd təsərrüfatı rayonu olub.Vaxtı ilə bu rayonun kəndlərində sakinlər taxılçılıqdan tutmuş heyvandarlığa qədər kənd təsərrüfatının müxtəlif sahələrində çalışıblar. Artıq həmin təsərrüfatlardan əsər-əlamət qalmayıb və rayonun rəhbərləri tərəfindən kəndlərə aid təsərrüfatlarda torpaq sahələri bu gün satılıb qurtarmaq üzrədir. Satılası heç nə qalmadığından xanım başçı artıq qış yataqlarına da göz dikib. İradə Gülməmmədovanın əlaltılarının qış otlaqlarını satışa çıxarması ətrafında araşdırmalarımızla sizləri yaxınlarda tanış edəcəyik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button