Aktual

“Üç gündür ki, ailəmi, uşaqları görmürəm”- ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib ki, üç gündür ki, ailəmi, uşaqları görmürəm.

Jurnalistin “Ailənizi, uşaqlarınızı görə bilirsinizmi? Onları ən son nə vaxt görmüsünüz?” sualına cavabında Zelenski onları ən son 3 gün əvvəl gördüyünü bildirib.

Zelenski açıqlama verərkən Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak gələrək hazırda Rusiya qoşunları tərəfindən Kiyevdə Babi Yar memorialının bombalandığını məlumat verib.

Qeyd edək ki, Zelenski keçmiş məktəb dostu olan Yelena Zelenskaya ilə evlidir. Cütlük 2003-cü ilin sentyabrında ailə həyatı qurub. Onların Aleksandra (18 yaş) adlı qızı və Krill (9 yaş) adlı oğlu var.Qafqazinfo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button