Aktual

“YouTube” “Sputnik”in bütün resurslarını bloklayıb

“YouTube” videohostinqi “Sputnik”in bütün resurslarını bloklayıb, onlar 32 dildə artıq mövcud deyil.Bu barədə “Rossiya Seqodnya” media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova bildirib.

Onun sözlərinə görə, “Rossiya Seqodnya” media holdinqinə uzun illər xaricdə uğurla fəaliyyət göstərən “Sputnik” beynəlxalq xəbər agentliyi daxildir. Hazırda bütün resurslarımız, 32 dildə olan bütün “Sputnik” resursları mövcud deyil, “YouTube” onları sadəcə bloklayıb”.

Starova əlavə edib ki, bundan əlavə, rus dilində olan resurslar da bloklanıb – bu, ilk növbədə, Rusiyanın ən böyük xəbər agentliyi olan RİA “Novosti” və media holdinqin rus dilində olan bütün digər resurslarıdır.

O bildirib ki, agentlik xəbəri oxuculara çatdırmağın bir yolunu tapacaq/525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button