AktualSağlamlıq

ƏHALİYƏ ŞAD XƏBƏR ‼️ Azərbaycanda bu tarixdən maska taxmaq ləğv edilir? – AÇIQLAMA

Martın 28-dən etibarən Polşada tibbi maska ilə bağlı tələb ləğv edilir. Bunu ölkənin səhiyyə naziri Adam Nedzelski deyib. Onun sözlərinə görə, ölkə ərazisində maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq. Eyni zamanda həmin tarixdən etibarən Polşaya gələn xarici vətəndaşlar üçün karantin tələbi də aradan qaldırılır.

Azərbaycanda maska tələbinin nə vaxt ləğv ediləcəyi müzakirə mövzusudur.

Bununla bağlı Cebhe.info-ya danışan cərrah Ədalət Rüstəm bildirib ki, Azərbaycanda tibbi maska tələbi gələn həftədən etibarən ləğv edilə bilər:

“Çox ehtimal ki, qeyd etdiyim vaxtdan etibarən ölkəmizdə də tibbi maska tələbi ləğv ediləcək. Artıq əhalinin böyük hissəsi peyvənd olunub”.

Dosent bildirib ki, tibbi maska tələbi dünya təcrübəsinə əsasən, ancaq xəstəxana və məktəblərdə qalacaq:

“Hesab edirəm ki, maska tələbi bu müəssisələrdən başqa qalan məkanlarda olmayacaq. Yəni qadağalar götürüləcək”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button