AktualSiyasət

“Ermənistan artıq yüz ildən çoxdur ki, 1915-ci il qondarma “soyqırımı” haqqında bütün dünyaya çığırır” -FİNKEL

Mixail Finkel sərt danışdı: “Qarabağdakı məscidləri donuzxanalara və mal tövlələrinə döndərən kimdir? Kim azərbaycanlıların bir çox qəbirlərini dağıdıb? Kim bütün Qarabağda milyonlarla minaları basdırıb?”

“Azərbaycan xalqı heç vaxt soyqırımı siyasəti həyata keçirməyib və ermənilərdə olduğu kimi öz təbiətində belə bir qorxulu qəddarlığa malik deyil”.

Analoq.az xəbər verir ki, bu haqda İsrailin tanınmış politoloqu, hüquq elmləri doktoru Mixail Finkel YouTube kanalında yayımlanan “Rasim Babayevlə müasir söhbət” müəllif proqramına müsahibəsində deyib. SİTAT: “Belə bir qədim ifadə var: “Hər kəs özünə görə mühakimə edir”. Ermənistan artıq yüz ildən çoxdur ki, 1915-ci il qondarma “soyqırımı” haqqında bütün dünyaya çığırır… Mən nəyə görə “qondarma” deyirəm, çünki ermənilər Osmanlı imperiyasının vətəndaşları olaraq müharibə vaxtı öz ölkələrinə qarşı satqınçılıq etdilər. Erməni zabitləri və əsgərləri düşmən tərəfinə keçdilər, xüsusilə Rusiya imperiyasına tərəf”.

“Digərləri ilə yanaşı ermənilər 3 min dağ yəhudisini qətlə yetirdilər ki, onlar Azərbaycana qarşı loyal idilər. Soyqırımı!!!”

Onun sözlərinə görə, ermənilər azərbaycanlıları soyqırımı törətməkdə əsassız ittiham edirlər. SİTAT: “Gəlin araşdıraq. 1918-ci il. Stepan Şaumyan və onun dinc Azərbaycan əhalisini doğrayan, qətlə yetirən başkəsənləri. Etnik azərbaycanlıları ki, onlar silahsız idilər. Ermənilər total soyqırımı siyasəti həyata keçirirdilər. Digərləri ilə yanaşı ermənilər 3 min dağ yəhudisini qətlə yetirdilər ki, onlar Azərbaycana qarşı loyal idilər. Soyqırımı!!!

Ardına baxa bilərik. Birinci Qarabağ müharibəsi. Xocalıda soyqırımı!!! Etnik təmizləmələr, azərbaycanlıların 1987-ci ildə Qafandan qovulmaları.Azərbaycanlıların Ermənistanın və Qarabağın bir çox şəhərlərindən və kəndlərindən qovulmaları. Yəni etnik təmizləmə siyasəti, çoxsaylı qətllər”.

“Dörd min azərbaycanlı və dağ yəhudiləri 25-30 ildir ki, Ermənistanda qul kimi saxlanılırlar!”

İsrailli politoloq həmçinin diqqəti ona yönəltdi ki, Ermənistan əsrin dörddə bir hissəsindən çoxdur ki, minlərlə dinc Azərbaycan vətəndaşlarını əsirlikdə saxlayır.

“Ən azı 4 min etnik azərbaycanlıların və dağ yəhudilərinin bu günə qədər əsir saxlanmaları. Onlar həmin insanlardırlar ki, itkin düşmüş sayılırlar, bəzi əsaslı məlumatlara görə onlar sağdırlar. Və onlar 25-30 ildir ki, quldurlar. Onları ələ salır, məhv edir, əzab verirlər… Çoxusunu artıq öldürüblər”, deyə Mixail Finkel deyib.

“Vandallıq və soyqırımı ittihamlarından danışarkən. Qarabağdakı məscidləri donuzxanalara və mal tövlələrinə döndərən kimdir? Kim azərbaycanlıların bir çox qəbirlərini dağıdıb? Kim bütün Qarabağda milyonlarla minaları basdırıb?”, deyə hüquq elmləri doktoru, israilli ekspert Mixail Finkel sual edib/sia.az

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button